Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aş- tarak (Əştərək) şəhərindən 63 km qərbdə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. «Свод статических данных о населении Закавказского края» toplusunda "Buqıtı" (№1109), Qafqazın 5 verstlik xəritəsində "Buğutlu" kimi (348, s. 44) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məs- kunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kəndə ermənilər Türkiyənin Qars vilayətindən köçürülüb yerləşdirilmişdir. Toponim türk dilində "dağ maralı" mənasında işlənən "buğut" sözünə (323, s. 73) "-lu" şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31 iyul 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Arteni" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 38).
Coğrafi koordinatları: 40°17' şm. e., 43°45' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/