Adıyaman - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 63 km şimal-qərbdə, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərində (s. 126), Qafqazın 5 verstlik xəritəsində (348, s. 7) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məs- kunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Qarnhovit" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 51).
Coğrafi koordinatları: 40°29' şm. e., 43°57' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/