Facebook Pixel Code
Bazarçay
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bazarçay - Yelizavetpol (Gəncə) quberniya­sının Zəngəzur qəzasında, keçmiş Sisian rayo­nunda, indi Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 131 km şimal-qəbdə, Bazarçayın yuxarı axarında, düzənlikdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermə­nistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xə­ritəsində qeyd edilmişdir (348, s. 28). Kənddə 1886-cı ildə 469, 1897-ci ildə 631, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76- 77, 146-147). 1918-ci ildən sonra azərbaycanlı­lar deportasiya olunmuş, xaricdən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir. 1926-cı ildə burada ermənilərdən başqa, 3 nəfər azərbaycanlı da yaşamışdır (415, s. 77). 1929-cu ildə onlar da qovulmuşdur. İndi yalnız ermənilər yaşayır. Toponim bazar türk tayfasının adı ilə (286, s. 61) "çay" sözünün birləşməsindən əmələ gəlib. 1991-ci ildən sonra kəndin adı dəyişdi­rilərək "Qorayk" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 63).

Coğrafi koordinatları: 39°40' şm. e., 45°48' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow