Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km şərqdə, dəniz səviyyəsindən 2045 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 41). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırıl- masından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "otsuz, çılpaq, meşəsiz" mənasında işlənən "boz" sözü ilə (278, s. 38-39; 339, s. 87-88) "dik, dağa, təpəyə qalxan yol" mənasında işlənən "yoxuş" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Musaelyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 142).
Coğrafi koordinatları: 40°59' şm. e., 43°56' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/