Facebook Pixel Code
İmirli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İmirli - İrəvan quberniyasının Eçmiədzin qə­zasında, keçmiş Abaran rayonunda, indi Araqat­sotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 37 km şimal-şərqdə, Aba­ran çayının sol tərəfində, dəniz səviyyəsindən 1910 m hündürlükdə yerləşir. Erməni müəlliflə­rinin əsərlərində kəndin adı "Əmirli" kimi göstə­rilir (415, s. 4). Mənbələrdə kəndin XVII əsrdə sa­lındığı qeyd edilir (Erməni Sovet Ensiklopediyası, IV c., İrəvan, 1978, s. 186). Qafqazın 5 verstlik xə­ritəsində qeyd edilmişdir (348, s. 102). Ermənilərin bölgədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir. Toponim oğuzların "eymur" etnoni­minə (399, I, s. 167; 238, s. 324-325) mənsub- luq bildirən "-Iİ" şəkilçisinin qoşulması ilə əmələ gəlib, "eymurların (əmirlərin) yaşadığı kənd" mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də "imir" formasında qeyd edilir (238, s. 324, 326). Etnotoponimdir. Erm. SSR AS RH- nin 19 aprel 1950-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ttucur" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Araqatsotn vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 82).

Coğrafi koordinatları: 40°34' şm. e., 44°27' ş. u.

 

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow