Hacıdur - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Allahverdi (Tumanyan) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vana- dzor (Böyük Qarakilsə) şəhərindən 60 km şimal-şərqdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Toponim Hacı şəxs adı ilə "ev, yaşayış yeri" mənasında işlənən "tur" sözünün (359, III (2), s. 1446, 1787-1788) birləşməsindən düzəlmişdir. Antropotoponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Tsaxkaşat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 100).
Coğrafi koordinatları: 41°04' şm. e., 44°44' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/