Facebook Pixel Code
Çiydəməl
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Çiydəməl (Çikdamal) - İrəvan quberniya­sının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 20 km şimal-qərbdə, Pəmbək çayı­nın yanında, Çubuxlu dağının ətəyində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Quqark rayonunun tərki­bində olmuşdur. 31 dekabr 1937-ci ildə yaradı­lan keçmiş Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 284). Kənddə e.ə. I minilliyə dair qala divarlarının qa­lıqları vardır. Ermənilər buraya 1828-1829-cu il­lərdə İranın Maku vilayətindən köçürülmüşdür (427, s. 424). Burada 1897-ci ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşamışdır. Onlar XX əsrin əvvəllərində sıxışdırılaraq kənddən çıxarıl­mışdır. Hazırda tamamilə ermənilər yaşayır. To­ponim türk dilində "sərhəd, mərz" mənasında iş­lənən "çik" sözü ilə (339, s. 615) Azərbaycan dilində "ev, bina, tikili", "bir, ya iki tərəfi açıq, üs­tüörtülü yer, tikili", "pəyə, dəyə, qazma" məna­sında işlənən "dam" sözünün (10, s. 26; 339, s. 170-171) birləşməsindən əmələ gəlmişdir. To­ponimin sonundakı "al" topoformantdır. "Çik" sözü türk dilində "dar dərə" mənasında da işlənir (359, III (2), s. 2111). "Sərhəddə yerləşən ev, yaşa­yış məntəqəsi, kənd" mənasını bildirir. Relyef əsa­sında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arevaşoq" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 32).  Coğrafi koordinatları: 40°51' şm. e., 44°16' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow