Facebook Pixel Code
Ağkilsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayo­nunda kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmişdir (348, s. 5). 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun inzibati ərazi böl­güsünə daxil idi. Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-1825-ci illərdə Türkiyənin Qars və Ərzu­rum bölgələrindən köçürülmüşdür (Erməni So­vet Ensiklopediyası, V c., İrəvan, 1980, s. 675). 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşa­mışdır (415, s. 40-41). XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) onlar deportasiya olun­muşdur. Hazırda kənddə ermənilər yaşayır. Kən­din ərazisindəki ağ rəngdə olan kilsəyə görə oy- konim Ağkilsə adlandırılmışdır. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kən­din adı dəyişdirilərək "Kraşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 114).

Coğrafi koordinatları: 40°52' şm. e., 43°67' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow