Facebook Pixel Code
Ağhəmzəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağhəmzəli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayo­nunda, indi Ararat vilayətində kənd. 1937-ci ilə kimi keçmiş Qəmərli (Artaşat) rayonunun tərki­bində olmuşdur. Vilayət mərkəzi Artaşat (Qə­mərli) şəhərindən 20 km şimal-qərbdə, Qırxbulaq çayının yanında, dəniz səviyəsindən 855 m hün­dürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsin­də qeyd edilmişdir (348, s. 3). Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülmüş­dür (386, s. 547-549). Kənddə ermənilərlə ya­naşı, 1831 -ci ildə 232, 1873-cü ildə 301, 1886-cı ildə 273, 1897-ci ildə 376, 1904-cü ildə 843, 1914-cü ildə 927, 1916-cı ildə 516 nəfər azər­baycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti quru­landan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 93, 1926-cı ildə 98, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdır (415, s. 47, 127). 1948-1949-cu illərdə azərbay­canlılar Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan dilində "zadəgan", "seyid", "ruhani" mənasında işlənən "ağa" sözü ilə qızılbaşlara məxsus "həm- zəli" etnonimi əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 may 1967-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Marmaraşen" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzi­bati-ərazisinə daxil edilmişdir (416, s. 134).

Coğrafi koordinatları: 40°03' şm. e., 44°28' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow