Facebook Pixel Code
Güllüdüzü
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Güllüdüzü - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vi­layətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 31 km şimal-şərqdə, də­niz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Kənddə 1873-cü ildə 115, 1886-cı ildə 217, 1904-cü ildə 151, 1914-cü ildə 166, 1916-cı ildə 407 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deporta­siya olunmuşdur. Ancaq indiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 142, 1926-cı ildə 31, 1931-ci ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 93, 161). 1959-cu ildə rayon­dakı Yuxarı Güllüdüzü kəndi ilə birləşdirilib Gül­lüdüzü kəndi yaradılmışdır. Toponim fərqləndi­rici əlamət bildirən "aşağı" sözündən və "güllü, çiçəkli" mənasında işlənən "güllü" sözünə Azər­baycan dilində "enişi, yoxuşu, çuxuru, təpəsi ol­mayan" mənasında işlənən "düz" sözünün bir­ləşməsi nəticəsində əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vardahovit" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 188).

Coğrafi koordinatları: 39°53' şm. e., 45°29' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow