Facebook Pixel Code
Ayğırgöl
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ayğırgöl - İrəvan quberniyasında Eçmİədzİn qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayo­nunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 12 km şərqdə, Üçkilsə (Vağarşabad) - Qurduqulu (Hoktemberyan) yolunun üstündə, Ayğırgölün yanında, dəniz səviyyəsindən 870 m hündür­lükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırıl- masından sonra əhalisi tədricən kəndi tərk et­mişdir. Ermənilər kənddə 1926-cı ildən məskun­laşmışlar (415, s. 80-81). Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilib "Aknaliç" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ar­mavir vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 11).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow