Facebook Pixel Code
Ləmbəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ləmbəli - Tiflis quberniyasının Borçalı qə­zasında, keçmiş Barana (Noyemberyan) ra­yonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 73 km şimal-qərbdə, Tona (Debed) çayının sağ tərə­fində, dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Kənddə 1831-ci ildə 11, 1886-cı ildə 292, 1897-ci ildə 376, 1908-ci ildə 400, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır (415, s. 89, 98-99). 1918-ci ildə erməni silahlı birləş­mələrinin təcavüzü nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar. Ermə­nistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. Kənddə 1922-ci ildə 783, 1926-cı ildə 857, 1931-ci ildə 1034 (415, s. 89, 98-99), 1939-cu ildə 1289 (427, s. 535) nəfər azərbaycanlı yaşamışdır. SSRİ Na­zirlər Sovetinin "Kolxozçuların və digər azərbay­canlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqın­da" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1949-cu ilin yayında əhali zorla deportasiya edil­mişdir. Kənddə zeytun sovxozu yaradılmış və xa­ricdən köçürülüb gətirilən ermənilər Ləmbəlidə yerləşdirilmişdir. Uzun mübarizədən sonra de­portasiya edilən ləmbəlilərin əksəriyyəti doğ­ma kəndlərinə qayıtmışdır. 1959-cu ildə burada 1151, 1970-ci ildə 2000 (427, s. 535), 1987-ci ildə 1500-dən çox (85, s. 331) azərbaycanlı ya­şamışdır. 1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir. Toponim "rü­tubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən "ləm" (109, s. 16) və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mə­nasında işlənən "pila/pala" (bəli) sözlərinin (359, IV (2), s. 1 162) birləşməsindən əmələ gəlmişdir.Erm. SSR AS RH-nin 23 fevral 1972-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Baqrataşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 40-41).Coğrafi koordinatları: 4Г14' şm. e., 44°49' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow