Facebook Pixel Code
Əldərə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aldərə (Əldərə) - Yelizavetpol (Gəncə) qu­berniyasının Zəngəzur qəzasında, keçmiş Mığrı (Meğri) rayonunda kənd. Vilayət mərkəzi Qa­pan şəhərindən 86 km cənub-şərqdə, Araz çayı­nın sahilində, dəniz səviyyəsindən 600 m hün­dürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yara­dılmasından sonra yaşayış məntəqəsi Ermənis­tanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında (348, s. 12) qeyd edilmişdir. Albanların XIV-XVI əsrlərə aid tarixi abidələrinin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. Kənddə 1831-ci ildə 131, 1873-cü ildə 911, 1886-cı ildə 1077, 1897-ci ildə 1094, 1904-cü ildə 1505, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 66-67, 142-143). 1918-ci ildə kənd sakinləri erməni tə­cavüzünə məruz qalaraq deportasiya olunmuş­dur. İndiki Ermənistan ərazisində sovet hakimiy­yəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922-1924-cü illərdə tarixi-etnik tor­paqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414, 1931 -ci ildə 490 (415, s. 67, 143), 1959-cu ildə 601, 1970-ci ildə 831, 1979-cu ildə 784 nəfər (427, s. 72) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci il noyabrın 24-28-də kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olun­muşdur. Hazırda orada ermənilər yaşayır. Topo­nim qədim Azərbaycan dilində "qırmızı" məna­sını bildirən "al" sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasını ifadə edən "dərə" sözünün birləşmə­sindən formalaşmışdır və "qırmızı dərə" məna­sını bildirir. Kəndin salındığı ərazinin torpağı qır­mızı süxurlardan ibarət olduğu üçün Aldərə adlandırılmışdır. Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Alvank" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 9).

Coğrafi koordinatları: 38°56' şm. e., 46°20' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow