Göllü - Qars vilayətinin Qars qəzasının Ağ- baba nahiyəsində, sonradan Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 46 km şimal-qərbdə, Arpa gölündən 10-11 km şimalda, Sultanabad- Qazançı yolunun 6 km-də, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir (415, s. 20) və onlar ayrıca xalq kimi təqdim edilir. Qarapapaqlar türk tayfalarından biridir və azərbaycanlıların etnogenizində iştirak edən etnoqrafik qrupdur. Kənddə 1886-cı ildə 204, 1897-ci ildə 284, 1908-ci ildə 313, 1914-cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır (415, s. 18-119, 104-105). 1920-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 242, 1926-cı ildə 316, 1931-ci ildə 334 (415, s. 18-19, 104-105), 1939-cu ildə 416, 1959-cu ildə 470, 1970-ci ildə 698, 1979-cu ildə 757 (427, s. 891; 416, s. 30), 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvar-fevral aylarında azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulmuşdur. Hazırda kənddə Gürcüstanın Axılkələk rayonundan köçüb gələn ermənilər yaşayır. Toponim "göl" sözünə "-lü" şəkilçisinin artırılması ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Ardenis" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 30).
Coğrafi koordinatları: 41°04' şm. e., 43°43' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/