Ağkilsə - İrəvan quberniyasının Novo-Bəya- zid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 86 km cənub-şərqdə, Qaramasuyu çayının yanında, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 120), Qafqazın 5 verstlik xəritəsində (348, s. 5) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 263, 1886-cı ildə 321, 1897-ci ildə 389, 1908-ci ildə 173, 1914-cü ildə 515, 1916-cı ildə 443 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Sağ qalan azərbaycanlılar 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 198, 1926-cı ildə 244, 1931 -ci ildə 307 (415, s. 27, 111), 1959-cu ildə 276, 1979-cu ildə 448 nəfər azərbaycanlı (427, s. 39) yaşamışdır. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar. Kənddə XI-XIII əsrlərə aid qədim alban kilsəsi vardır. Kənddən 2-3 km yuxarıda köhnə yaşayış sahəsi və qəbiristanlığın qalıqları buranın qədimliyini sübut edir. Bu tarixi abidələrə istinad edib demək olar ki, kənd ll-lll əsrlərdə salınmışdır. Kəndin adı buradakı alban kilsəsindən götürülmüşdür. Toponim rəng bildirən "ağ" və dini məbəd mənasında işlənən "kilsə" sözlərindən ibarətdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Azad" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 7).
Coğrafi koordinatları: 40°11' şm. e., 45°52' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/