Facebook Pixel Code
Ərəfsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ərəfsə - Yelizavetpol (Gəncə) quberniyası­nın Zəngəzur qəzasında, Qarakilsə nahiyəsində, sonralar keçmiş Sisian rayonunda, indi Sünik vi­layətində kənd. Vilayət mərkəzi Qapan şəhərin­dən 120 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ ətəyində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqus­tun 31-də Sovet Ermənistanında Zəngəzur qə­zasının yaradılmasından sonra yaşayış məntə­qəsi Ermənistanın inzibati ərazisinə daxil edil­mişdir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəs­səl dəftəri"ndə "Ərəfsəcik" formasında (143, s. 183), Qafqazın 5 verstlik xəritəsində "Ərəvsə" kimi (348, s. 17) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 19, 1873-cü ildə 169, 1886-cı ildə 148, 1897-ci ildə 123, 1908-ci ildə 168, 1914-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76- 77, 146-147). 1918-ci ilin sonlarında azərbay­canlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla deportasiya olunmuşdur. İndiki Er­mənistan ərazisində sovet hakimiyyəti qurulan­dan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci İldə 151, 1926- cı ildə 60, 1931-ci ildə 225 (415, s. 77, 147), 1959-cu ildə 478, 1970-ci ildə 551, 1979-cu ildə 476 nəfər (427, s. 426-427) azərbaycanlı yaşamişdir. 2008-ci ildə erməni dilində çap olunmuş "Ermənistanın yaşayış məntəqələrinin lüğə­tində kəndin əhalisinin ümumi sayı göstərilsə də, etnik tərkibi göstərilməmişdir (416, s. 32). 1988-cİ ilin noyabr ayında azərbaycanlılar Ermə­nistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. Hazırda orada yalnız ermənilər yaşa­yır. Toponim kəngərli türk tayfasından olan "ərəfsəli" etnonimindən (386, s. 537) əmələ gəl­mişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il ta­rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arevis" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci İl tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin İnzibati ərazisinə daxil edilmişdir (416, s. 32).

Coğrafi koordinatları: 39e24' şm. e., 45°54' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow