Cücəkənd - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Kalinino rayonunda, indi Lori vilayətində kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 52 km məsafədə, dəniz səviyyəsindən 1590 m hündürlükdə yerləşir. İlməzli kəndinin yaxınlığında bir-birinə bitişik - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi Icevan (Karvansara) şəhərindən 31 km şimal-qərbdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində "çay ətrafında kiçik ağaclıq, qalın meşə", "kiçik meşə" mənasında işlənən "cala" sözünə (8, s. 453) "yaşayış məntəqəsi" mənasında işlənən "kənd" sözünün qoşulması əsasında əmələ gəlmişdir. "Çala" sözü dialektlərdə həm də "daimi sulu, otlu yer" mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı dəyişdirilərək "Liçkazor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 91). Coğrafi koordinatları: 4Г10' şm. e., 44°55' ş. u.