Balakənd - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, indi Tavuş vilayəti ərazisində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 50 km şimal-qərbdə, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1930-cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Toponim "kiçik" mənasını verən "bala" və "yaşayış məntəqəsi" mənasında işlənən "kənd" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kəndin adı dəyişdirilərək "Doveğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 69-70).
Coğrafi koordinatları: 41 °11' şm. e., 45°02' ş. u.