Facebook Pixel Code
Böyük Keyti
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Böyük Keyti - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axur- yan) rayonunda, indi Şirak vilayətində kənd. Vi­layət mərkəzi Gümrü şəhərindən 10 km şimalda, dəniz səviyyəsindən 1740 m hündürlükdə yerlə­şir. 1937-ci ilə qədər keçmiş Leninakan rayonu­nun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 128). Kən­din digər adı Keyti, yaxud Kaytı olmuşdur (415, s. 44). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay müqaviləsinə (1828) əsasən ermə­nilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Ermənilər kəndə 1828-1829-cu illərdə Türkiyənin Qars, Muş və Ərzurum vilayətlərindən köçürülmüş­dür (416, s. 207-208). Toponim türk dilində "meşəsiz dağ yamacının gün düşən tərəfi" mə­nasında işlənən "kət" (339, s. 264) və fərqləndi­rici əlamət bildirən "böyük" sözlərindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Keti" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 207-208).

Coğrafi koordinatları: 40°53' şm. e., 43°50' ş. u.

INSTAGRAM
posts
followers
Follow