Keşişkənd (Qexarot) - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Araqats (Alagöz) yaşayış məntəqəsindən 15 km cənubda yerləşir. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Araqats (Alagöz) rayonunun yaradılması ilə əlaqədar Abaran rayonunun tərkibindən çıxarılıb Araqats (Alagöz) rayonunun tərkibinə daxil edilmişdir. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən "keçiş/keşiş" (Azərbaycan dilində "ç~ş" əvəzlənməsi qanunauyğun haldır) sözünə (299, s. 291) "kənd" sözünün qoşulması əsasında əmələ gəlib "keçid, bərə yanında olan kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Qexarot" qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 55-72).
Coğrafi koordinatları: 40°42' şm. e., 44°13' ş. u.