Facebook Pixel Code
Bəykənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Hamamlı (Spitak) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 33 km şi­mal-qərbdə, Qaranqu çayının yanında, dəniz sə­viyyəsindən 1680 m hündürlükdə yerləşir. 1728-ci il Osmanlı mənbəsi olan "İrəvan əyalətinin icmal dəftəri"ndə "Bəykənd" kimi (143, s. 126) qeyd edilsə də, XIX əsr rus mənbələrində (348, s. 36, 364, №1125) və erməni müəlliflərinin əsərlərində (415, s. 42) "Bekant" formasında qeyd edilir. Be- kant Bəykənd toponiminin erməni və rus dillə­rində təhrif edilmiş formasıdır. Ədirnə müqavilə­sinə (1829) əsasən, İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin aborigen sakinləri olan azərbaycan­lılar Türkiyəyə köç etmişdir. Ermənilər kəndə Tür­kiyənin Muş vilayətindən və İrandan köçürülüb yerləşdirilmişdir (416, s. 136). Toponim qədim türk dilində "təpə, yüksəklik, zirvə" mənasında işlənən "bəy" (bək) sözü ilə (278, s. 35) "kənd" sözünün birləşməsindən əmələ gəlmişdir. Oroto­ponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilərək "Mets Parni" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vi­layətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 136).

Coğrafi koordinatları: 40°50' şm. e., 44°06' ş. u.

INSTAGRAM
posts
followers
Follow