Facebook Pixel Code
Boğazkəsən
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Boğazkəsən - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ağin (Ani) rayo­nunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 28 km cənubda, Qa- ranqu çayının sol axarında, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 40). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqa­viləsinə (1829) əsasən, İrəvan xanlığının ərazi­sində ermənilərin Türkiyədən köçürülüb məs- kunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Türkiyənin Muş və Ələşkirt vilayət­lərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (416, s. 127). Toponim boğaz­kəsən tayfasının adı əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dzorakap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 127).

Coğrafi koordinatları: 40°34' şm. e., 43°52' ş. u.

INSTAGRAM
posts
followers
Follow