Facebook Pixel Code
Babacan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Babacan - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Kəndin əsl adı Babacan dərəsidir (415, s. 26; 348, s. 26; 427, s. 526). Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 87 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 82), Qafqazın 5 verstlik xə­ritəsində (348, s. 26) qeyd edilmişdir. Babacan azərbaycanlıların yaşadığı kənd olmuşdur. 2008-ci ildə erməni dilində çap olunmuş "Ermənistanın yaşayış məntəqələrinin lüğəti"ndə kəndə yaşa­yanların etnik tərkibi göstərilmədən ümumi sayı verilib (416, s. 102). Kənddə 1873-cü ildə 107, 1886-cı ildə 173, 1897-ci ildə 244, 1908-ci ildə 259, 1914-cü ildə 265, 1916-cı ildə 290, 1919-cu ildə 265 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 26-27, 110-111). 1919-cu ilin yazında kəndin sakinləri erməni təcavüzünə məruz qal­mış və qırğınlarla deportasiya olunmuşdur. İn­diki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycan­lılar ata-baba torpaqlarına dönə bilmişlər. Bu­rada 1922-ci ildə 309, 1926-cı ildə 345, 1931-ci ildə 373 (415, s. 27, 111), 1939-cu ildə 522, 1959-cu ildə 600, 1970-ci ildə 839, 1979-cu ildə 1140 (416, s. 102), 1967-ci ildə 775 (ASE, I c„ 1975, s. 410), 1987-ci ildə 880 nəfər (85, s. 279- 280) azərbaycanlı yaşamışdır. 1988-ci ildə ermə­nilər azərbaycanlıları doğma torpaqlarından qov­muşlar. Toponim "Kitabi-Dədə Qorqud" dastan­larında adı çəkilən Baybecan adı ilə bağlı yaran­mışdır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək əvvəlcə "Qızılkənd", Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Tsapa-tağ" qoyulmuşdur. "Ermənistan Respublikası­nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarku­nik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 102).

Coğrafi koordinatları: 40°25' şm. e., 45°32' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow