Facebook Pixel Code
Bayburt
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

BAYBURT

Vedibasar mahalının Millidərə bölgəsində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən şimal-şərqdə, Qəmərli (04.09.1945-ci il­dən - Artaşat) şəhərindən 24 km cənub-şərqdə, Dəvəgözü çayının (Gəmi çayının Mil qolunun) kənarında kənd.

Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.

Kənddə 1832-ci ildə 19 ailədə 96 nəfər (54 kişi, 42 qadın), 1873-cü ildə 21 ailədə 143 nəfər (82 kişi, 61 qadın), 1886-cı ildə kənddə 27 ailədə 184 nəfər (102 kişi, 82 qadın), 1897-ci ildə 224 nəfər, 1914-cü ildə 284 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ilin mayında erməni daşnaklarının Millidərə bölgəsinə hü­cumu zamanı Bayburt kəndi qəddarcasına dağıdılmış, sağ qalanlar Mil­lidərə əhalisi ilə birlikdə müvəqqəti olaraq Vedibasar mahalının aran kəndlərinə sığınmışlar.

Kənd bir də bu bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra can­lanmışdır. Belə ki, 1922-ci ildə kəndin qaçqın əhalisindən yalnız 22 nəfəri geri - öz doğma kəndlərinə qayıda bilmiş, 1926-cı ildə onların sayı 164 nəfərə, 1931-ci ildə 140 nəfərə çatmışdır.

1950-         ci ildə kəndin əksər əhalisi məcburi surətdə Azərbaycana - Ağdaş rayonunun Ərəbocağı kəndinə köçürülmüşdür. Bu yerin isti iqlim şəraitinə dözə bilməyən bayburtlular bir il sonra Bərdə rayonunun Kətəl- paraq kəndinə köçməyə məcbur olmuşlar.

1952-ci ildə kənd əhalisi deportasiya olunanda kənddəki 52 ailədən 5-6 ailə köçməkdən imtina etmiş və həmişəlik kənddə qalmış, 1988-ci ilə qədər orada yaşamaqda davam etmişlər. 1988-ci il hadisələri başlayanda kəndin təxminən 150 nəfər (30-40 ev) azərbaycanlı sakini vardı. Həmin il onlar da doğma yurddan didərgin düşüb, Bərdə rayonundakı qohum-əq­rəbalarının yanına üz tutmuşlar.

Vedibasar mahalının məşhur ocaqlarından biri də Bayburt kəndində yerləşən Ərəb ocağı idi. Tarixi çox qədimlərə gedən bu ocağın sahibi ke­çən yüzildə Seyid Abdulla olmuş, o, dünyasını dəyişdikdən sonra ocağa oğlu Seyid Abbas, ondan sonra onun oğlu Seyid Qəşəm sahiblik etmişlər.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı Seyid Qəşəm də Bərdə rayonunun Kətəlparaq kəndinə köçmüş və burada rəhmətə getmiş­dir. Bayburtdakı Ocaqdan Kətəlparaq kəndinə gətirilmiş Ocaq daşı bu gün də Ocaq sahibinin evində saxlanmaqda, Ocaq isə öz fəaliyyətini bu gün də Kətəlparaq kəndində davam etdirməkdədir. Seyid Qəşəmdən sonra Ocağa oğlu Seyid Abbas sahiblik edir.

INSTAGRAM
posts
followers
Follow