Facebook Pixel Code
Ağyoxuş
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağyoxuş - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Göyçə gölünün cənub-şərqində, düzənlikdə, də­niz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1953-cü ildə Canəhməd (Sultanəli qışlağı) kolxozuna birləşdirilib. Kənddə 1831 -ci ildə 192 nəfər azərbaycanlı yaşamışdır (415, s. 110). La­kin sonralar kənd ləğv edildiyi üçün kənddə ya­şayanlar haqqında məlumat yoxdur. Yalnız mən­bələrdə 1970-ci ildə burada 341 nəfər azər­baycanlının yaşadığı göstərilir (427, s. 184). Kən­din sakinləri 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuşlar. Toponim qədim türk di­lində "hündür, yuxan" mənasında işlənən "ağ" sözü ilə (299, s. 16) "yolun dağa, təpəyə qalxan hissəsi", "yuxarı qalxan yer" mənasında işlənən "yoxuş" sözünün (10, s. 561) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan topo­nimdir. 4 iyul 2006-cı il tarixli qərarla kəndin adı dəyişdirilərək "Zariver" qoyulmuşdur. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haq­qında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 76).

Coğrafi koordinatları: 40°16' şm. e., 45°49' ş. u.

INSTAGRAM
posts
followers
Follow