Ağbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Gorus rayonunda, indi Sünik vilayəti ərazisində kənd. Şur- nuxu kəndindən 9 km cənub-qərbdə, Bazar- çayın sağ qolu olan Keşin çayının sol sahilində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Ağbulaq qışlağı" formasında (348, s. 4) qeyd edilmişdir. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 66, 1931-ci ildə 88 (415, s. 28-29, 112-113; 416, 14), 1939-cu ildə 146, 1959-cu ildə 187, 1970-ci ildə 355 nəfər (427, s. 166; 416, 14) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan dilində "keyfiyyətli, içməyə yararlı" mənasında işlənən "ağ" sözü ilə "bulaq" hidroterminindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyniadlı bulağın adından götürülmüşdür. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ağbulağ" edilmişdir. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 41-42).
Coğrafi koordinatları: 39°21' şm. e., 46°23' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/