Ayısəsi (Aysəsi) - İrəvan quberniyasının Şərur-Dərəl əyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Vilayət mərkəzi Yeğeqnad- zor (Keşişkənd) şəhərindən 17 km şimal-şərqdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Aysəs", "Aysayi", "Aysası" formalarında qeydə alınmışdır (427, s. 237). Kəndin adı IX əsrdən xatırlanır (422, s. 66). Kənddə 1873-cü ildə 219, 1886-cı ildə 313, 1897-ci ildə 311, 1904-cü ildə 412, 1914-cü ildə 453, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 90-91,160-161). 1918-cİ ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 254, 1926-cı ildə 184, 1931-ci ildə 288, 1939-cu ildə 326, 1959-cu ildə 232, 1979-cu ildə 353 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 91, 161; 416, s. 28). 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də qalmaqdadır (422, s. 66-69). Toponim vəhşi heyvan mənasında işlənən "ayı" sözü ilə türk dilində "bataqlıq", "iyimiş", "qoxumuş", "nəm", "rütubətli" mənasında işlənən "sas/sası" sözünün birləşməsi əsasında (359, I (1), s. 395) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Qızılgül", Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Arates" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 28).
Coğrafi koordinatları: 39°54' şm. e., 45°26' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/