Bozdoğan - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ağin (Ani) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km cənub-qərbdə, Ar- paçaydan 8 verst aralıda, dəniz səviyyəsindən 1570 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 96), Qafqazın 5 verstlik xəritəsində (348, s. 41) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, İrəvan xanlığının ərazisində ermənilərin Türkiyədən köçürülüb məskun- laşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adı əsasında (303 a. s. 11; 238, s. 188-189, 332) formalaşmışdır. Etnotoponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Sarakap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 176).
Coğrafi koordinatları: 40°33' şm. e., 43°43' ş. u.