Facebook Pixel Code
Böyük Ayrım
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Böyük Ayrım - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Allahverdi (Tumanyan) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 69 km cənub-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində, dəniz səviyyəsindən 690 m hün­dürlükdə yerləşir. Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914-cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır (415, 67, 98- 99). 1918—1920-ci illərdə azərbaycanlılar erməni bolşevik birləşmələri tərəfindən qovulmuşlar. Sağ qalan azərbaycanlılar yalnız indiki Ermənis­tan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931- ci ildə 391 (415, s. 7, 99), 1939-cu ildə 530, 1959-cu ildə 550, 1970-ci ildə 815 nəfər (427, s. 244) yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922, 1926, 1931) əhalinin siyahıya alınmasında göstərilir ki, kənddə yalnız azərbaycanlılar yaşamışdır (415, s. 67, 98-99). Lakin bu tarixi fakt saxtalaşdırıla- raq, "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə həmin illərdə kənddə yaşayan azər­baycanlılar erməni əhali kimi göstərilir (427, s. 244). Kənd 1950-ci ildə Şnoğ meyvəçilik sov­xozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermə­nistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azər­baycan toponimiyasında fərqləndirici əlamət bildirən "böyük" sözü ilə oğuzların eymur (ey- mir, imir) tayfa adının (238, s. 324; 178, s. 204) fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcuqların bir qolu hesab edir (245, s. 43). Ha­zırda kənd Mets Ayrum adlanır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Lori vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 136).

Coğrafi koordinatları: 4Г10' şm. e., 44°49' ş. u.

INSTAGRAM
posts
followers
Follow