Facebook Pixel Code
Aşağı Qaraqoymaz
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Qaraqoymaz - İrəvan quberniyası­nın Eçmiədzİn qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 40 km şimal-qərbdə, Alagöz dağının qərb tərə­fində, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Qaraqovmaz" formasında qeyd edilmişdir (348, s. 117). Kənddə 1831-ci ildə 49, 1873-cü ildə 265, 1886-cı ildə 356, 1897-ci ildə 233, 1904-cü ildə 394, 1914- cü ildə 418, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 34-35, 118— 119). 1918-ci ildə kənd erməni təcavüzünə mə­ruz qalaraq sakinləri - azərbaycanlılar tarixi- etnik torpaqlarından deportasiya olunmuşdur. 1915 - 1918-ci illərdə Türkiyənin Sasun, Taron, Muş və Xnıs (Hnıs) vilayətlərindən köçü­rülüb gətirilən ermənilər və kürdlər burada yer­ləşdirilmişdir (415, s. 34; 85, s. 112; 416, s. 145). Hazırda kənddə ermənilər yaşayır. Toponim türk dilində "böyük", "təpə", "dağın zirvəsi", "zirvə" mənasında işlənən "qara" sözündən (339, s. 256) və türk dilində "kənd" mənasında işlənən "köy" sözünün forması olan "ko/' sözü ilə (339, s. 282) "dağın cənub yamacı", "yüksəkliyin meşəsiz tərəfi", "dağın gün düşən tərəfi" mənasında iş­lənən "mes" (maz - İ.B) sözünün (339, s. 369) birləşməsindən əmələ gəlmişdir. "Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olan kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 12 no­yabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək Nerkin Sasunaşen qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 145).

Coğrafi koordinatları: 40°21' şm. e., 43°58' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow