Facebook Pixel Code
Karvansara
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Karvansara - İrəvan quberniyasının Eçmiəd­zin qəzasında, keçmiş Araqats (Alagöz) rayo­nunda, indi Araqatsotn vilayəti ərazisində kənd. Əvvəllər gah keçmiş Artik, gah da Abaran rayo­nunun tərkibində olmuşdur. Erm. SSR AS RH-nin 15 mart 1972-ci il tarixli qərarı ilə Alagöz rayo­nuna verilmişdir. Vilayət mərkəzi Aştarak (Əş­tərək) şəhərindən 51 km şimal-qərbdə, Alagöz dağının cənub tərəfində, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra kənddə yaşayan azərbaycanlılar qovulmuş, yezidi kürdləri və er­mənilər kənddə yerləşdirilmişdir. Toponim "kar­van" sözü ilə türk dilində "ev", "təsərrüfat tikilisi" mənasında işlənən "saray" sözünün (339, s. 496- 497) birləşməsindən əmələ gələn "karvansa­ra" sözündən formalaşmışdır, "başqa yerlərdən gələn karvan və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları, minik vəsaitlərinin saxlanılma­sı üçün böyük həyəti olan bina yanında salınan kənd" mənasını bildirir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı də­yişdirilərək "Amre Taza", Ermənistan Respublika­sı prezidentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Satunts" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 173).

Coğrafi koordinatları: 40°39 şm. e., 44°11' ş. u.

INSTAGRAM
posts
followers
Follow