Facebook Pixel Code
Armudlu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhə­rindən 26 km cənub-şərqdə, dəniz səviyyəsin­dən 1700 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 19). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə­nilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1829-30-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 198). Toponim "armud" bitki adına bu­rada çoxluq mənasını bildirən "-lu" şəkilçisinin artırılması ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 31 may 1946-cı il tarixli qərarı ilə adı dəyişdi­rilərək "Tufaşen" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 198).

Coğrafi koordinatları: 40°36' şm. e., 43°54' ş. u

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow