Facebook Pixel Code
Camışlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayo­nunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 45 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 2050 m hün­dürlükdə yerləşir. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdlər kənddə məskunlaşdırıl­mışdır. Bundan sonra azərbaycanlılar kəndi təd­ricən tərk etmişlər. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndləri birləşdirilərək Camışlı kəndi yaradılmışdır. Keçmiş Araqats (Alagöz) ra­yonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı (142, s. 29) əsasında formalaşmışdır. Erməni ədəbiyyatında "Camşlu" fonetik formasında ək­sini tapır. Hazırda kənddə yezidi kürdlərlə ya­naşı, ermənilər də yaşayır. "Ermənistan Respub­likasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ara qatsotn vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 168). Coğrafi koordinatları: 41°41' şm. e., 44°16' ş. u.

INSTAGRAM
posts
followers
Follow