Facebook Pixel Code
Acıbac
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Acibac - Yelizavetpol (Gəncə) quberniyası­nın Zəngəzur qəzasında, keçmiş Qafan rayo­nunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 40 km məsafədə, Nor Astğaberd kəndindən 2 km şimal-qərbdə, Gığı çayının sol qolu olan Acibac çayının sahi­lində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Kəndin adı həm də "Acıbacı", "Acıbazı" formalarında işlənir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yara­dılmasından sonra yaşayış məntəqəsi Ermənis­tanın inzibati ərazisinə daxil edilmişdir. Kənddə 1886-cı ildə 202, 1897-ci ildə 34 nəfər azərbay­canlı yaşamışdır (415, s. 54-55, 132-133). Son­radan azərbaycanlılar deportasiya edilmişdir. İn­diki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 77, 1926-cı ildə 90, 1931-ci ildə 115 (415, s. 55, 132-133), 1939-cu ildə 134, 1959-cu ildə 190, 1970-ci ildə 227, 1979-cu ildə 202 nəfər (427, s. 316; 416, s. 24) azərbaycanlı yaşamışdır. 1988-ci ilin no­yabr ayında azərbaycanlılar tamamilə öz doğma yerlərindən deportasiya edilmişdir. Toponim türk dilində "hündür dağ aşırımı" mənasında iş­lənən "acı" sözü ilə (337, s. 238) Azərbaycan di­lində "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən "bazı" sözünün (253, s. 120) fonetik forması olan "bac" sözünün birləşməsin­dən əmələ gəlmişdir. "Acı" sözü Dağlıq Altayın türk mənşəli toponimlərinin tərkibində "aju/ajı" formalarında işlənir. Bu söz qədim türk dilində aju formasında "geniş dərə", "yarğan", "çökəklik" mənalarında işlənmişdir (359, I (1), s. 610). Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Acabac" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 24).

Coğrafi koordinatları: 39°15' şm. e., 46°05' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow