Facebook Pixel Code
Böyük Şiştəpə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Böyük Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, Arpaçayın sol tərəfində, Ki­çik Şiştəpə kəndi ilə üzbəüz, indi Şirak vilayə­tində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 40 km şimalda, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərin"də Şörəyel (Şrüegel) livasında Şiştəpə kəndi gəliri 4000 ağça olan Osmanın adına ti- mar kimi qeyd edilmişdir (143, s. 154). 1918-ci ilin may ayında Andranikin komandanlığı ilə er­məni silahlı dəstələri Şiştəpə kəndində soyqırımı törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdir (7, s. 75). 1920-ci ildən kənddə Türkiyədən gələn erməni ailələri məs­kunlaşdırılmışdır. Şiştəpə dağının ətəyində türk qəbiristanlığı son vaxtlaradək qalırdı. Toponim Azərbaycan dilində "dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi" mənasında işlənən "şiş" sözü ilə (196, s. 42) "kiçik dağ" mənasında işlənən "təpə" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Mets Sepasar" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 137).

Coğrafi koordinatları: 41°02' şm. e., 43°49' ş. u.

INSTAGRAM
posts
followers
Follow