Facebook Pixel Code
Qarabulaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qarabulaq - İrəvan quberniyasının Alek­sandropol qəzasında, keçmiş Ağin (Ani) ra­yonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 25 km cənub-qərb­də, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1470 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 131), Qafqazın 5 verstlik xəritəsində (348, s. 114) qeyd edilmişdir. Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin İrəvan xanlığının ərazisinə köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlı­lar Türkiyəyə köç etmişlər. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. "Keyfiyyətsiz, içməyə yararlı olmayan" mənasını bildirən "qara" və "bulaq" sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Erm. SSR AS RH-nin 30 iyun 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "İsahakyan" (erməni yazıçısı Avetik İsahakyanın familiyasıdır) qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 84). Coğrafi koordinatları: 40°37' şm. e., 43°43' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow