Soyuqbulaq - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Kalinino rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 57 km şimal-qərbdə, Qaraarxac (Qaraxaç) dağının ətəklərində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Kənddə 1886-cı ildə 159, 1897-ci ildə 154, 1904-cü ildə 230, 1914-cü ildə 125, 1916-cı ildə 375 nəfər azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150-151). 1918-ci ildə erməni silahlı birləşmələrinin soyqırımına məruz qalan azərbaycanlılar deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar yenidən öz kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 402, 1926-cı ildə 405, 1931-ci ildə 420 (415, s. 80-81, 150-151), 1938-ci ildə 382, 1959-cu ildə 419, 1979-cu ildə 695 nəfər (416, s. 166) azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar erməni terrorçu dəstələrinin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "sərin" mənasında işlənən "soyuq" sözü ilə "bulaq" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Pağağbyur" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 166).
Coğrafi koordinatları: 4Г10' şm. e., 44°07' ş. u.