Aşağı Pirtikan - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Talin (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Talin şəhərindən 9 km şimalda, Mastara kəndindən 2 km şimal-şərqdə, Mastara çayının yanında, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Kəndin digər adı Türk Pirtikanı (Pirtikan Türk) olmuşdur (415, s. 36). Kənddə 1873-cü ildə 65, 1886-cı ildə 112, 1897-ci ildə 140, 1904-cü ildə 153, 1914-cü ildə 166, 1916-cı ildə 157 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 36- 37, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qıpçaqların "tikan" etnonimi (286, s. 66) əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. "Pir" sözü isə dini məbəd mənasında işlənir. "Tikan tayfasının tikdiyi pirin yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 2 mart 1940-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Zoragyuğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 126).
Coğrafi koordinatları: 40°28' şm. e„ 43°54' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/