Facebook Pixel Code
Aşağı Şorca
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Şorca - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Kəndin başqa adları Yeni Keyti, Salman kənd olmuşdur (415, s. 26). İ.Şopenin əsərində kəndin adı "Aşağı Keyti və ya Salman kəndi" for­masında qeyd edilmişdir (386, s. 599). Kənd vi­layət mərkəzi Qavar (Kəvər) şəhərindən 83 km cənub-şərqdə, Məzrə çayının sağ sahilində, də­niz səviyyəsindən 2260 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 297). Kənddə 1831-ci ildə 164, 1873-cü ildə 411, 1886-cı ildə 524, 1897-ci ildə 584, 1908-ci ildə 721, 1914-cü ildə 910, 1916- cı ildə 843 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112-113). 1918-ci ildə azərbay­canlılar ermənilər tərəfindən qırğınlarla qovul­muşdur. Sağ qalan azərbaycanlılar indiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra geri qayıda bilmişlər. Burada 1922-ci ildə 394,1926-cı ildə 494, 1931-ci ildə 617 (415, s. 27, 113), 1939-cu ildə 764, 1959-cu ildə 634, 1970-ci ildə 932, 1979-cu ildə 1045 (416, s. 145), 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ciilin noyabr-dekabr aylarında azərbaycanlılar Er­mənistan dövləti tərəfindən tarixi-etnik torpaq­larından qovulmuşdur. Hazırda kənddə ermə­nilər yaşayır. Toponim "duzlu, şoranlı" məna­sında işlənən "şor" sözünə sifətin çoxaltma dərəcəsini bildirən"-ca" şəkilçisinin artırılması əsasında yaranmışdır. Erməni ədəbiyyatında "Nerkin Şorja" formasında əksini tapır. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haq­qında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 145).

Coğrafi koordinatları: 40°40' şm. e., 45°45' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow