Facebook Pixel Code
Yuxarı Qanlıca
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 7 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 1620 m hün­dürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Kəndin köklü sakinləri olan azərbaycanlılar 1828-ci ildə de­portasiya olunmuş, 1828-1830-cu illərdə Tür­kiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermə­nilər yaşayır. Toponim fərqləndirici əlamət bil­dirən "yuxarı" sözü ilə qanlı qədim türk tayfası­nın adına (228, s. 13, 64; 321, s. 43, 86; 393, s. 42) "-ca" şəkilçisinin qoşulması əsasında əmələ gəl­mişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyiş­dirilərək "Marmaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 133-134).

Coğrafi koordinatları: 40°50' şm. e., 43°46' ş. u.

INSTAGRAM
posts
followers
Follow