Facebook Pixel Code
Aralıq Kolanı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aralıq Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 24 km cənub-şərqdə, Alagöz dağının qərb tərə­fində, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Aralıx" formasında qeyd edilmişdir (348, s. 18). Erməni müəlliflərinin əsərlərində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir (415, s. 84). Kənddə 1831-ci ildə 284, 1873-cü ildə 676, 1886-cı ildə 701, 1897-ci ildə 886, 1904-cü ildə 768, 1914-cü ildə 887, 1916-cı ildə 772, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 84-85, 152-153). 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş­dur. Kəndə xaricdən köçürülüb gətirilən ermə­nilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata- baba torpaqlarına qayıda bilmişlər. Burada er­mənilərlə yanaşı, 1922-ci ildə 224, 1926-cı ildə 248, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşa­mışdır (415, 84-85, 152-153). SSRİ Nazirlər So­vetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçü­rülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qə­rarına əsasən, azərbaycanlılar 1948-1949-cu il­lərdə tarixi-etnik torpaqlarından zorla Azər­baycana deportasiya olunmuşlar. 1986-cı ildə erməni dilində çap edilmiş "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada yaşa­yan azərbaycanlı əhali erməni əhalisi kimi göstərilir (427, s. 962). Guya burada elə tarixən ermənilər yaşamışdır. Bu, erməni saxtakarlığının bir formasıdır. Toponim Azərbaycan dilində "orta, iki yerin arası, ara" mənasında işlənən "aralıq" sözü ilə Azərbaycan dilində mənsubluq bildirən "-h" şəkilçisini qəbul edən "kolanı" türk tayfa adı əsasında əmələ gəlib, "aralıqda kolanı tayfasına aid kənd" mənasını ifadə edir. Kəndin adı əvvəlcə dəyişdirilib "Aralıq", sonra Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Qriboyedov" (rus yazı­çısı, diplomatı) qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 63).

Coğrafi koordinatları: 40°06' şm. e., 44°16' ş. u.

INSTAGRAM
posts
followers
Follow