Facebook Pixel Code
Kəvər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kəvər - İrəvan xanlığının Göyçə mahalın­da, İrəvan quberniyasının Novo-Bəyazid qəza­sında, keçmiş Kəvər (Kamo) rayonunda yaşayış məntəqəsi. İndiki Ermənistanın şimalında, Göyçə gölündən 8 km uzaqlıqda, dəniz səviyyəsindən 1985 m hündürlükdə yerləşir. 1828-ci il Türkmən- çay müqaviləsindən sonra - 1830-cu ildə Tür­kiyənin Bəyazid vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (386, s. 596- 598) və yaşayış məntəqəsinin adı dəyişdirilərək "Novo-Bəyazid" qoyulmuşdur. Erməni müəllif­lərinin əsərlərində "Nor Bayazed" formasında işlənir. "Nor" yeni deməkdir. 1930-cu ildən keç­miş Kamo rayonunun mərkəzi olmuşdur. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 12, 1926-cı ildə 15,1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır (415, s. 70-71, 150-154). 1948-ci ildə azərbay­canlılar deportasiya olunmuşlar. Toponim xəzər türk tayfasının bir qolu kimi tanınan "kəbər" et­nonimi (286, s. 44) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 13 aprel 1959-cu il tarixli qərarı ilə adı dəyişdirilərək "Kamo", Ermənistan Res­publikası prezidentinin 4 dekabr 1995-ci il tarixli qərarı ilə "Kamo" adı dəyişdirilərək "Qavar" edil­mişdir. "Qavar" "kəvər" sözünün erməni dilinə uyğunlaşdırılmış formasıdır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, vilayət mərkəzi kimi Geğarkunik vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 52).

Coğrafi koordinatları: 40°22' şm. e., 45°08' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow