Baş Gərni - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 63 km cənubda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 33). Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində "çayın mənbəyi" mənasında işlənən "baş" sözü ilə (339, s. 76-77) urartu dilində "qala" mənasında işlənən "gərini" (gərni) sözünün birləşməsi (332, s. 68) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Qarni" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 51).
Coğrafi koordinatları: 40°07' şm. e., 44°43' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/