Şamlıq - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Allahverdi (Tumanyan) rayonunda, indi Lori vilayətində kənd. Hazırda şəhərtip- li qəsəbədir. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 96 km şimal-şərqdə, dəniz səviyyəsindən 1175 m hündürlükdə yerləşir. Kənddə filiz (mis) yataqları olduğuna görə burada mis mədənləri tikilmişdir. Kənddə 1886-cı ildə 7,1897-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s. 12-13,100-101). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və qırğınlar nəticəsində deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına qayıtmışlar. Kənddə 1922-ci ildə 62, 1926-cı ildə 65, 1931-ci ildə 166 (415, s. 12-13, 100-101), 1959-cu ildə 260, 1970-ci ildə 266 nəfər azərbaycanlı yaşamışdır. Qəsəbədə azərbaycanlılarla yanaşı, yunanlar, ermənilər və ruslar da yaşamışlar. Azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda burada yunanlar və ermənilər yaşayır. Toponim "şam" ağac adına "-lıq" şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 155).
Coğrafi koordinatları: 4Г10' şm. e., 44°43' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/