Facebook Pixel Code
Karvansara
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Karvansara - İndiki Ermənistanın şimal- şərqində, Tavuş vilayətinin inzibati ərazisin­də şəhər. İrəvan şəhərindən 142 km məsafədə, İrəvan-Tiflis şose yolunun üstündə, Ağstafa çayı­nın hər iki sahilində, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Tavuş vilayətinin mərkəzi­dir. Qədim ticarət yollarından biri Ağstafa çayının vadisindən keçdiyi üçün yolun üstündə karvan­sara tikilmiş, bu səbəbdən də ərazi "Karvansa­ra" adlanmışdır. Arxeoloji tədqiqatlar göstərir ki, adıçəkilən karvansara indiki İcevan şəhərindən 10 km cənubda - Ağstafa çayının sol sahilində yerləşirmiş. İndiyə qədər orada karvansara ha­mamının qalıqları saxlanılmışdır. 1801-ci ildə ərazi Rusiya qoşunları tərəfindən işğal edilmiş­dir. 1921-ci ilədək Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. 1920-ci illərdən "İcevan" adı ilə rəsmiləşdirilmişdir. 1930- 1995-ci illərdə "İcevan" adlanan rayonun mərkə­zi kimi fəaliyyət göstərmişdir. 1961 -ci ildən şəhər statusundadır. Toponim "özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanılması üçün böyük həyəti olan xüsusi bina" mənasında işlənən "karvansara" sözündən (11, s. 18) əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, şəhərə Tavuş vilayətinin mərkəzi statusu verilmişdir (416, s. 84).

Coğrafi koordinatları: 40°52 şm. e., 45°08' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow