Facebook Pixel Code
Basarkeçər
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Basarkeçər - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 74 km cənub-şərqdə, Göyçə gölünün yaxınlığında, də­niz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 61) qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyniadlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir (386, s. 599-602; 415, s. 110). 1831-ci ildən sonra Tür­kiyədən köçürülən 1296 nəfər erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa baş­lanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbay­canlı, 2108 nəfər erməni yaşamışdır (415, s. 26-27). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistan ərazisində so­vet hakimiyyəti qurulandan sonra buraya azər­baycanlılar qayıda bilmişlər. Erməni müəllifləri­nin əsərlərində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 er­məni) azərbaycanlı yaşamışdır (415, s. 27, 111). 1967-ci ildə 150 azərbaycanlı, 9150 erməni (ASE, 1975, I c., s. 485), 1970-ci ildə 9 nəfər azərbaycanlı, 8077 erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə qovulmuşlar. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qıpçaq mənşəli "bazar/basar" etnoniminə (286, s. 60-61) qeyri-qəti gələcək zamanda işlənən "keçər" sözünün qoşulmasından əmələ gəlmiş­dir. "Bazar/basar tayfasının keçdiyi, getdiyi yer" mənasını bildirir, "...bazar sözü mürəkkəb topo­nimlərin tərkibində tayfa adı kimi işləndikdə to­ponimik adın I komponenti yerində işlənir" (93, s. 31). Erm. SSR AS RH-nin 2 may 1969-cu il ta­rixli qərarı ilə adı dəyişdirilərək "Vardenis" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 190-191).

Coğrafi koordinatları: 40°10' şm. e., 45°43' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow