Facebook Pixel Code
Dilican
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Dilican - Yelizavetpol (Gəncə) quberniyası­nın Qazax qəzasında kənd. İndiki Tavuş vilayəti­nin tabeliyində şəhər. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 36 km cənub-qərbdə, Ağstafa çayının sahilində, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir. 1826-cı ildə Qazax mahalının 82 kəndindən biri olan Dilicanda 60 təsərrüfat olmuşdur (Erməni Sovet Ensiklopedi­yası, III c., İrəvan, 1977, s. 386). Dilican rayonu 1930-cu ildə ləğv edilərək şəhərə çevrilmişdir. 1958-ci ildən respublika tabeliyində şəhərdir. Yaşayış məntəqəsinin adı Dilican kimi sabitləşib rəsmiləşdirilmişdir. Bununla yanaşı, qaynaqlarda adı "Delican" (314, s. 64), "Yeni Delican", "Köhnə Delican" (Кавказский календарь, Тифлис, 1908, с. 30), "Delecan" (257, s. 26), "Delican dərəsi" (AKAK, т. V, Tiflis, 1873, c. 891), "Delican" (279, s. 389; 283, s. 49; 264, s. 347-348) formalarında da qeyd edilmişdir. XVII əsrin fransız səyyahı Jan Şardən indiki Ermənistan ərazisinə səyahət edərkən Dilican şəhərində də olmuşdur. O bu şəhərlə bağlı yazır: "Dilican şəhəri, onu altı lyö- lük əhatə edən bütün ərazi (şimaldan, cənub­dan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi, Səfəvilərdən asılıdır, ona tabedir" (152, s. 20). Burada erməni və ruslarla yanaşı, 1886-cı ildə 54, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır (415, s. 30- 31, 114-115). 1918-ci ildə azərbaycanlılar ermə­nilərin təcavüzünə məruz qalmış və deportasiya olunmuşlar. Sağ qalan azərbaycanlılar indiki Er­mənistan ərazisində sovet hakimiyyəti qurulan­dan sonra evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 5, 1926-cı ildə 38, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 30-31, 115). Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir. 1988-ci ilə qədər bu­rada azərbaycanlılar da yaşamışdır. 1988-ci ilin noyabr ayında onlar tamamilə deportasiya olunmuşdur. Burada indi yalnız ermənilər yaşa­yır. Dilican toponiminin "Delican", "Delecan" for­malarına əsaslanıb, bu qənaətə gəlirik ki, topo­nim "tele" qədim türk tayfasının (180, s. 21) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı "can" "kan, qan, kaan, xan" sözünün fonetik for­ması olub, "yaranmış, yüksək, hörmətli, şöhrətli, şöhrət sahibi" mənasındadır (147, s. 4). M.Seyidov "can" sözünü "qan" sözünün fonetik dəyiş­miş forması hesab edərək "ata, hakim" anla­mında olduğunu qeyd edir (235, s. 18-19). Deməli, Dilican (Delican, Delecan) "tele" tayfa­sından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni" mənasını ifadə edir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 68).

Coğrafi koordinatları: 40°44' şm. e., 44O51' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow