Facebook Pixel Code
Ortakənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ortakənd - İrəvan quberniyasının Şərur- Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeq­nadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 4 km şimal-şərqdə, Arpa çayının sağ qolu olan Başkəndçayın sahilində, dəniz səviy­yəsindən 1350 m hündürlükdə yerləşir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamış­dır. 1828-1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülən ermənilər burada yer­ləşdirilmişdir (427, s. 871). Kənddə ermənilər­lə yanaşı, 1897-ci ildə 17, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 92-93). 1929-cu ildə azərbaycanlılar sıxışdırılaraq kənddən çıxa­rılmışdır. İndi kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "iki obyektin ara­sı" mənasında işlənən "orta" sözü ilə "yaşayış məntəqəsi" mənasında işlənən "kənd" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Qladzor" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-əra­zi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 59).

Coğrafi koordinatları: 39°46' şm. e., 45°20' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow