Paşalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 27 km cənub-şərqdə, Arpa çayının sol qolları olan Paşalı və Yazıyurd çaylarının yanında, dəniz səviyyəsindən 1570 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 60), Qafqazın 5 verstlik xəritəsində (348, s. 200) qeyd edilmişdir. Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 39 nəfər, 1926-cı ildə isə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90-91). 1930-cu illərdə azərbaycanlılar kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "paşalı" nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Əzizbəyov", 8 iyul 1957-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Zaritap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 76).
Coğrafi koordinatları: 39°38' şm. e., 45°30' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/