Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 15 km cənub-qərbdə, Armaş kəndi yaxınlığında, İrəvan-Naxçıvan avtomobil yolunun, İrəvanNaxçıvan-Bakı dəmiryol xəttinin kənarında kənd.
1918-1920-ci illər erməni-müsəlman davasına qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1922-1988-ci illərdə kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur.
1918-1920-ci illərdə Vedi rayonunun Çəmbərək kəndi erməni daşnakları tərəfindən dağıdılmış, əhalisi yurd-yuvasından qovulmuşdur.
Sovet hakimiyyəti illərində kənd yenidən məskunlaşmış, oraya xeyli Türkiyə ermənisi yerləşdirilmişdir. 1935-ci ildə Çəmbərək və qonşu Əfşarlı kəndlərinin əsasında Spandaryan adına sovxoz yaradılmış və az sonra da adı dəyişdirilərək Surenavan kəndi qoyulmuşdur.
Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı kənddə yaşayan tək-tük azərbaycanlı ailələri də Azərbaycana qovulmuş, kənd tamamilə erməniləşdirilmişdir
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/